XƏBƏRLƏR
MƏLUMAT
Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbi
Ünvan:
AZ 1009, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi, 5


Əlaqə telefonu:
(+ 994 12) 594-45-89
Azərbaycan SSR Xalq Komissarlar Sovetinin Mədəniyyət işləri üzrə komitəsinin 223/147 №-li əmrinə əsasən 1 sentyabr 1940-cı il tarixindən etibarən 1 nömrəli Uşaq Musiqi məktəbi yaranıb. 1985-ci ildə məktəbə Vaqif Mustafazadənin adı verilib və həmin ildən etibarən onun adını daşıyır.
1988-ci il 8 iyul tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 110“a” №-li əmrinə əsasən 1 nömrəli Uşaq Musiqi məktəbin adı dəyişdirilərək, Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbi adlandırılıb və həmin ildən etibarən onun adını daşıyır.
Bundan sonra məktəbin maddi-texniki bazası daha da möhkəmləndirildi. Məktəbdə əlavə şöbələr açıldı, məktəbə verilən şagird kontingentlərinin say tərkibi artırıldı.
Məktəbdə fortepiano, skripka, qitara, tar, kamança, qarmon, nağara, vokal, xanəndəlik, klarnet, fleyta, nəzəriyyə, xor dirijorluğu, rəssamlıq, xoreoqrafiya ixtisasları tədris olunur.
Məktəbin müdirləri Ü.Hacıbəylinin tələbəsi Fatma Zeynalova, Vaqif Səlimov, daha sonra Ramiz Əliyev olublar.
Mədəniyyət Nazirliyinin 137 №-li əmrinə əsasən Elxan Əyyub oğlu Məmmədov 1980-cı il iyulun 16-dan məktəbin direktoru vəzifəsinə təyin edilib.


İxtisaslar:
Fortepiano
Nağara
Klarnet
Xanəndəlik
Vokal
Violin
Tar
Kamança
Qarmon
Gitara