XƏBƏRLƏR
MƏLUMAT
Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbi
Ünvan:
AZ 1007, Nərimanov rayonu, N.Şahbazov küçəsi 42


Əlaqə telefonu:
(+994 12) 440-67-50
1934-35 ci tədris ilində professor G.G.Şaroyev tərəfindən Bakı Dairəvi Zabitlər Evinin nəzdində məktəb fəaliyyətə başlamışdır.1951-ci ildə Bakı Dairəsi Hərbi Sovetin qərarı ilə məktəb 10 illik orta Musiqi Məktəbi, 1960-cı ildə isə 11 illik təhsil sisteminə keçirdilib.

1969-cu ildə Bakı Dairəsi Hərbi Sovetinin qərarı ilə məktəb orta ixtisas musiqi məktəbi adlandırılaraq G.G.Şaroyevin adı verilib. 1987-ci ildə Azərbaycan SSR Nazirlər sovetinin 8 May 1987-ci il 17/2914 nömrəli qərarı ilə məktəb Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Azərbaycan Respublikası Prezidentinin 04 may 2011 – ci il tarixli 1490 nömrəli Sərəncamı ilə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin binası Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən yenidən qurularaq əsaslı təmir olunmuş və 15 sentyabr 2012 – ci il tarixində istifadayə verilmişdir. Məktəbin binası müasir standartlara uyğun olaraq təmir olunub, yeni avadanlıq və musiqi alətləri ilə təchiz olunmuşdur.

Məktəbin binası iki mərtəbə və monsartdan ibarətdir. 41 otaq, kiçik və böyük zal, muzey, kitabxana, anbar, arxiv yaradılmışdır.

Məktəbdə 4 şöbə və 25 ixtisas fəaliyyət göstərir:


İxtisaslar:
Fortepiano
Violonçel
Nağara
Fleyta
Hoboy
Klarnet
Faqot
Trompet
Valtorna
Xanəndəlik
Vokal və estrada oxuma
Violin
Tar
Kamança
Balaban
Qanun
Saz
Qarmon
Gitara