XƏBƏRLƏR
MƏLUMAT
28 nömrəli uşaq musiqi məktəbi
Ünvan:
AZ 1083, Qaradağ rayonu, Sahil qəsəbəsi, Xaqani küçəsi, 1a


Əlaqə telefonu:
(+994 12) 446-10-61
Qaradağ rayonu, Sahil qəsəbəsi, Xəqani küçəsi №1A-da yerləşən 28 №-li uşaq musiqi məktəbi, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 08 iyun 1978-ci il tarixli 05.463 №-li sərəncamına əsasən 1979-cu ildə 9 №-li musiqi məktəbinin filialı əsasında yaradılıb.
Bakı şəhər İcraiyyə Komitəsi Mədəniyyət Şöbəsinin 25 sentyabr 1979- cu il tarixli 248-k №-li Əmrinə əsasən Nəsirov Rəşid Hüseyn oğlu yeni açılmış 28 №-li musiqi məktəbinə direktor vəzifəsinə təyin edilib
Azərbaycan SSR Mədəniyyət Nazirinin 26 oktyabr 1987-ci il tarixli 306-k №-li əmrinə , Bakı şəhəri İcraiyyə Komitəsi Mədəniyyət Şöbəsinin 02 noyabr 1987-ci il tarixli 236/k №-li Əmrinə əsasən Əzimov Mehman Əli oğlu 28 №-li Uşaq Musiqi Məktəbinə direktor vəzifəsinə təyin edilib.
28 №-li uşaq musiqi məktəbi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir.


İxtisaslar:
Fortepiano
Nağara
Klarnet
Xanəndəlik
Vokal və estrada oxuma
Violin
Tar
Kamança
Qanun
Saz
Qarmon