XƏBƏRLƏR
MƏLUMAT
Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi
Ünvan:
AZ 1147, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 109


Əlaqə telefonu:
(+994 12) 560-05-40
Bakı şəhəri Binəqədi rayonu 26 №-li Uşaq musiqi məktəbi Azərbaycan SSR mədəniyyət naziri Z.N.Bağırovun 31 may 1978-ci il tarixli, 231 №-li əmri əsasında yaradılıb.

26 №-li Uşaq musiqi məktəbinin ümumi sahəsi 750 m2 təşkil edir. Məktəbdə 28 sinif otağı və 80 nəfərlik konsert zalı var.

5 aprel 2011-ci il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51№-li qərarına əsasən Bakı şəhəri 26 №-li Uşaq musiqi məktəbinə görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin adı verilib. 2014-cü ildən məktəb onbirillik təhsil sisteminə keçib.


İxtisaslar:
Fortepiano
Nağara
Klarnet
Xanəndəlik
Vokal və estrada oxuma
Violin
Tar
Kamança
Balaban
Qanun
Qarmon
Gitara