XƏBƏRLƏR
MƏLUMAT
Tofiq Quliyev adına 12 nömrəli onbirillik msiqi məktəbi
Ünvan:
AZ 1001, Səbail rayonu, Y.İbrahimbəyli küçəsi 6


Əlaqə telefonu:
(+994 12) 492-25-53
Tofiq Quliyev adına 12№li 11 illik musiqi məktəbi 25 avqust 1955 –ci ildə Bakı şəhər İcra hakimiyyətinin “96 a” saylı qərarı ilə 2 saylı musiqi birliyinin əsasında yaradılıb.

Azərbaycan Respublikasının Prezidentinin “T.Ə.Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” 7 noyabr 2003-cü il tarixli 8 saylı sərəncamı ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 19 noyabr 2003-cü il tarixli 334 saylı əmrini əsas tutaraq Bakı şəhər,Səbail rayonu 12№ li musiqi məktəbinə Tofiq Ələkbər oğlu Quliyevin adı verilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin 13.07.2009-cu il tarixli 314 saylı sərəncamına əsasən məktəb 11 illik təhsil sisteminə keçirilmişdir.

Fəxri adı olan müəllimlər:

1. Yaqubova Nazilə Mir Teymur qızı – fortepiano ixtisas müəllimi, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 sentyabr tarixli, 1417 nömrəli Sərəncamı ilə “Əməkdar Müəllim” Fəxri adına layiq görülmüşdür.

2. İsmayılov Zakir Xeyrulla oğlu –qarmon ixtisas müəllimi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 3521 nömrəli Sərəncamı ilə “Əməkdar Müəllim” Fəxri adına layiq görülmüşdür.


İxtisaslar:
Fortepiano
Nağara
Klarnet
Xanəndəlik
Vokal və estrada oxuma
Violin
Tar
Kamança
Qanun
Qarmon
Gitara