XƏBƏRLƏR
MƏLUMAT
Milli İncəsənət Muzeyində “Romansların inciləri” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/04/2024 12:36

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Muzeydə musiqi” layihəsi çərçivəsində dahi rus bəstəkarı Nikolay Andreyeviç Rimski-Korsakovun 180 illiyinə həsr olunan konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, “Romansların inciləri” adlı konsert proqramında Əməkdar artist Fəridə Məmmədova və solist Yuliya Kərimova bəstəkarın yaradıcılığına aid məşhur əsərləri ifa ediblər.

Konsertdən sonra qonaqlar muzeydə nümayiş etdirilən rus incəsənəti ilə tanış olublar.

 

Baxış sayı: 133