XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanaya “Unudulmaz ömür yolun...” adlı oçerk təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
13/02/2024 12:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanasında “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir.

Layihə çərçivəsində kitabxananın Fəxri oxucusu, şair, yazıçı-publisist Bədirə Rza Həsənqızı Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid Mahmud Məlikov haqqında yazdığı “Unudulmaz ömür yolun...” oçerkini təqdim edib.

Müəllif 44 günlük Vətən müharibəsində igidlik göstərmiş və 14 oktyabr  2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mahmud Məlikovun uşaqlıq və məktəb illəri, zabit kimi keçdiyi döyüş yolundan məlumat verir.

Oçerkdə şəhidin bacısı qardaşı haqqında xatirələrini oxucularla bölüşür.

Qeyd edək ki, Bədirə Rza Həsənqızı şəhidin əziz xatirəsinə həsr etdiyi “Nəsillərin yaddaşısan əbədi!” adlı şeiri oçerkin sonunda təqdim edilib.

Oçerki oxumaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

https://drive.google.com/file/d/19mRnOAtNu3bhGCgzLKZRyaXJBOiLIaFX/view?usp=drivesdk

Baxış sayı: 164