XƏBƏRLƏR
MƏLUMAT
“Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələri davam edir
ÜMÜMİ XƏBƏRLƏR
28/02/2024 10:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələrinə şair-publisist Manya Səxavətqızı “Vətən Fədailəri” trilogiyasını hədiyyə edib.

Şəhidlərimizə həsr olunmuş “Vətən Fədailəri” trilogiyasının I kitabı “Naxçıvan şəhidləri”, II kitabı “İmişli şəhidləri”, III kitabı “Şəki şəhidləri” adlanır.

Kitablarda Birinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəmanlarla yanaşı, müxtəlif illərdə Vətən uğrunda canından keçən, Azərbaycan ordusunun Qələbə qazandığı Aprel döyüşlərində, Fevral döyüşlərində şəhid olan və 44 günlük Vətən müharibəsi zamanı Zəfər tarixini yazan qəhrəman şəhidlərimizin göstərdiyi şücayətlərdən və azad olunan torpaqlardan danışılır.

Trilogiyaya şəhidlərin şərəfli ömür və döyüş yolları ilə bərabər, onlara həsr olunmuş şeirlər də daxil edilib.

Manya Səxavətqızı kitabxanalara həmçinin şəhid Şahmar Quliyevə həsr olunmuş “Şahmarın eşq əsəri” və şəhid Toğrul Məmmədova həsr olunmuş “Qeyrət təcəssümü” kitablarını da hədiyyə edib.   

Kitabları Yasamal rayon MKS-nin kitabxanalarında oxumaq olar.

Baxış sayı: 232