XƏBƏRLƏR
MƏLUMAT
“Kitabxanaya kitab hədiyyə edirik” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
20/12/2023 12:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə Nəzakət Quluqızı “Onu belə xatırlayıram” adlı kitablarını hədiyyə edib.

“Onu belə xatırlayıram” kitabı Vətən müharibəsinin Nefçaladan olan ilk şəhidi, adını qəhrəmanlıq tarixinə yazan 24 yaşlı vətənpərvər Ayaz İmanzadənin xatirəsinə həsr edilib.

Kitab on bölmədən ibarətdir. Kitabda şəhid A.İmanzadənin müxtəlif illərdə çəkilən və onun şəxsi arxivində saxlanılan fotoşəkillər var.

Oxucular kitabla Yasamal rayon MKS-nin kitabxanalarında tanış ola bilərlər.

Kitab haqqında qısa məlumat aşağıdakı keçiddə verilib:

https://drive.google.com/file/d/1VnreCEixazbS2fUf9RWKpvgdbjr3zwuZ/view

Baxış sayı: 215