XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanaya “Buta və ya Qarabağ xalçasının sirri” nağılı təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
02/04/2024 11:21

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar layihə həyata keçirilir.

Layihə çərçivəsində kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısı Gülzar İbrahimova “Buta və ya Qarabağ xalçasının sirri (Qarabağ xalçasının Buta sirri)” nağılını kitabxanaya təqdim edib.

Nağılda Qarabağ mədəniyyətinin qədimliyini sübut edən və dillər əzbəri olan məşhur xalçaların sirri açıqlanır. Həmçinin, müəllif keçmişimizdən bu günümüzə gələn həyatın və əbədiliyin simvolu olan milli ornamentimiz butanı da oxuculara təsvir edir.

Aşağıdakı keçidə daxil olaraq nağılla tanış ola bilərsiniz:

https://drive.google.com/file/d/1vUFgpZA3jRv0_zoENCotAyxUKxOmOoHb/view?usp=drivesdk

Baxış sayı: 125