XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Yaradıcı oxucularımız” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
08/12/2023 20:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən layihələrdə fəal iştirak edən kitabxananın Fəxri oxucuları öz yeni əsərlərini mütamadi olaraq kitabxanaya təqdim edirlər.

Şair Esmira Günəş vətənpərvərlik ruhunda yazdığı “Ana Vətən Azərbaycan” şeirini kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə təqdim edib.

Şeirdə Vətənə, azad, doğma torpaqlarımızda dalğalanan üçrəngli bayrağımıza, sevgi, sədaqət tərənnüm olunub. Şeir Zəfər nəğməli azad Azərbaycana vəsf edilib.

 

Baxış sayı: 243