XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada həyata keçirilən layihələr uğurla davam edir
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2024 12:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələri uğurla davam edir.

Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, Prezident təqaüdçüsü, AYB-nin üzvü Xatirə Fərəcli yeni nəşr olunmuş “Зимние деревья” (“Qış ağacları”) şeirlər toplusunu kitabxanaya hədiyyə edib.

Kitabda Giya Paçxataşvilinin, Fəxrəddin Qəribsəsin, Sergey Televninin və Vaqif Rəsulun Azərbaycan dilindən rus dilinə tərcüməsində şairin  200-dən çox şeiri toplanıb.

Şeirlər şəhidlərə, həyatın mənasına, insana və onun həyatdakı missiyasına, kainata həsr olunub.

Oxucular Xatirə Fərəclinin “Зимние деревья” (“Qış ağacları”) kitabı ilə Mərkəzi Kitabxanada tanış ola bilərlər.

 

Baxış sayı: 136