XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və milli teatrımız” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/03/2024 14:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində Milli Teatr Günü ilə əlaqədar “Heydər Əliyev və milli teatrımız” adlı tədbir keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Sonra qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.

Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin mühüm sahələrindən olan teatrımızın inkişafı istiqamətində misilsiz xidmətlərindən və sənət adamlarına böyük diqqət və qayğısından söhbət açıblar. Bildirilib ki, teatr sənəti daim Heydər Əliyevin böyük qayğısı ilə əhatə olunub, mədəniyyət və incəsənət nümayəndələri mütəmadi olaraq Ulu Öndər tərəfindən fəxri adlara, yüksək mükafatlara layiq görülüblər.

Bədii hissədə  3 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin teatr dərnəyinin üzvləri “Vaqif” tamaşasından “Vaqif və Qacarın dialoqu” səhnəsini canlandırıblar.

Baxış sayı: 144