XƏBƏRLƏR
MƏLUMAT
“Həmrəy olaq, bir olaq” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/12/2023 16:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəblə birgə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Həmrəy olaq, bir olaq” adlı tədbir keçirib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.                                     

Sonra bayram münasibətilə tədbir iştirakçıları təbrik edilib və qeyd olunub ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birliyi günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 

Sonda 38 nömrəli tam orta məktəbin şagirdləri mövzu ilə əlaqədar şeirlər səsləndiriblər.   

Baxış sayı: 374