XƏBƏRLƏR
MƏLUMAT
Həmid Herisçi ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2024 11:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində yazıçı, jurnalist, publisist, televiziya aparıcısı Həmid Herisçi ilə görüş keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə rəsmilər, mədəniyyət işçiləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı çıxış edərək, Həmid Herisçinin jurnalist fəaliyyəti, yaradıcılığı haqqında məlumat verib. Daha sonra televiziya proqramlarından, müxtəlif ekran işlərindən, postmodern üslubda yazılmış iri həcmli romanlarından və şeirlərindən söhbət açılıb.

Sonda Həmid Herisçi iştirakçıların suallarını cavablandırıb.

Baxış sayı: 104