XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasında Aprel döyüşləri ilə bağlı materiallar hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
04/04/2024 12:50

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Aprel döyüşləri ilə əlaqədar silsilə materiallar təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallar arasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsindən videogörüntülər, “Aprel döyüşləri tariximizin şanlı səhifəsi” adlı ənənəvi kitab sərgisi və “Aprel döyüşləri – Zəfərin başlanğıcı” adlı biblioqrafik icmal yer alıb.

Biblioqrafik icmalda Aprel döyüşlərinin başlanma səbəbləri, nəticələri, tarixi əhəmiyyəti barədə geniş məlumat verilərək, Prezident İlham Əliyevin döyüşün əhəmiyyəti haqqında söylədiyi fikirlər yer alıb.

Materialda Aprel döyüşləri haqqında sitatlar, şəhidlərin fotoşəkilləri və “Şəhidlik zirvəsinin fatehləri: bədii-sənədli əsər”, “Qəhrəmanlıq tariximizin şanlı səhifələri”, “Qalibiyyət: şahidlər və şəhidlər”, “Vətən mücahidləri”, “Aprel döyüşləri-Vətənimin tarixi uğuru”, “20 Yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kimi iyirmidən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim olunub.

“Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində hazırlanan videomateriallarda isə qəhrəman oğulların keçdikləri şərəfli döyüş yolundan bəhs edilib.

Aprel döyüşləri ilə əlaqədar hazırlanan materiallar ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.

Baxış sayı: 127