XƏBƏRLƏR
MƏLUMAT
“Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/09/2023 02:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib.

İlk öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq, əziz xatirəsi ehtiramla anılıb. Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir çıxışçıları mövzu ilə bağlı geniş məruzə edərək 1994-cü il sentyabrın 20-də Ulu Öndərin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” və bu tarixi hadisənin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, müstəqil Azərbaycan dövlətinin inkişafında bu mühüm gün xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınan böyük neft kontraktları imzalanıb.

Sonda “Əsrin müqaqviləsi”nə və Azərbaycanın neft sənayəsinin inkişafına həsr edilmiş sənədli filmə baxış keçirilib.

Baxış sayı: 174