XƏBƏRLƏR
MƏLUMAT
Ə.Əmirov adına Mədəniyyət Sarayı İkinci Vətən müharibəsi şəhidi Kamal Mirzəliyevin ailəsini ziyarət edib
ÜMÜMİ XƏBƏRLƏR
25/10/2021 06:10

Oktyabrın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayının rəhbərliyi II Vətən müharibəsinin şəhidi Mirzəliyev Kamal Əjdər oğlunun ailəsini ziyarət edib.

Görüşdə şəhidin atası oğlu ilə bağlı xatirələrindən danışıb.

Kamal Mirzəliyev 1996-cı il avqustun 30-da Şamaxının Çarhan kəndində zəhmətkeş ailədə anadan olub. Sonradan ailələri Bakının Qaradağ rayonu Sahil qəsəbəsinə köçüb. Burada 273 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Hərbi Xidmətə gedib və Aprel döyüşlərinin iştirakçısı olub. 

Kamal Mirzəliyev ordudan tərxis olunduqdan sonra Bakı Gəmiqayırma Zavodunda əmək fəaliyyətinə başlayıb. Ötən il sentyabrın 27-də II Qarabağ savaşı başlayanda könüllü olaraq cəbhəyə gedib və kəşfiyyat bölüyündə iştirak edib.Talış kəndi və starateji  əhəmiyyətli Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralansa da, tibbi yardım aldıqdan sonra özünün qətiyyətli təkidi ilə yenidən ön cəbhəyə qayıdıb. Yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxaran zaman düşmənin artilleriya zərbəsi nəticəsində qəhrəmancasına şəhid olub.

Kamal Mirzəliyev müharibədə göstərdiyi rəşadətə, igidliyə  görə  Ali Baş Komandanın Sərəncamına əsasən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Baxış sayı: 216