XƏBƏRLƏR
MƏLUMAT
“Dünya mədəniyyətinə qovuşan sənətkar” adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
14/02/2024 11:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist və kinorejissor Rüstəm İbrahimbəyovun 85 illik yubileyi ilə əlaqədar “Dünya mədəniyyətinə qovuşan sənətkar” adlı videoçarx hazırlayıb.

Videoçarxda Rüstəm İbrahimbəyovun həyat və yaradıcılığı haqqında məlumat verilir. Qeyd olunur ki, onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib, 15 pyesi dünyanın 100-dən çox ölkəsinin  teatrlarında tamaşaya qoyulub.

Videoçarxda R.İbrahimbəyovun mükafatları və filmoqrafiyası haqqında məlumat verilir. Yazıçının ssenarisi əsasında çəkilmiş filmlərdən bir sıra parçalar da nümayiş olunur.

Videoçarxı Yasamal rayon MKS-nin YouTube kanalından izləyə bilərsiniz:

 

Baxış sayı: 180