XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Ramiz Mirişlinin anadan olmasının 90 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
16/04/2024 09:30

Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvanda anadan olub. O, Asəf Zeynallı adına musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsil alıb. Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatında, Dövlət Televiziya şirkətində, Azərbaycan Dövlət Koservatoriyasında çalışıb. Bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Ramiz Mirişli “Əməkdar incəsənət xadimi”, “Xalq artisti” fəxri adları, “Şərəf” ordeni ilə təltif edilib.

Tanınmış bəstəkar 2015-ci ildə vəfat edib.

Baxış sayı: 99