XƏBƏRLƏR
MƏLUMAT
Bu gün tanınmış bəstəkar Oqtay Rəcəbovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
05/04/2024 14:55

Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb (1958-1963). Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib (1969). 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan ETPEİ-də kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.

1974-cü ildən Oqtay Rəcəbov Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. Ü.Hacıbəyli adına Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisi” kafedrasının professoru idi. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.

Bəstəkarın uşaq mahnıları 6 məcmuədə çap olunub. Onun uşaq mahnıları əsasən vətənpərvərlik, flora və faunaya aid təbiət, rəqəmlərə, vurma cədvəlinə,valideynlərə həsr olunmuş mahnılardır.

O, 2006-cı ildə “Tərəqqi” medalına, 2019-cu ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Oqtay Rəcəbov 2022-ci ilin dekabrın 15-i vəfat edib.

Baxış sayı: 104