XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Beynəlxalq Mədəniyyət Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/04/2024 09:47

Bu tarix 1935-ci il aprelin 15-də beynəlxalq hüquq təcrübəsində Rerix Paktı kimi tanınan, “İncəsənət və elm müəssisələrinin və tarixi abidələrin qorunması haqqında” Vaşinqtonda imzalanan beynəlxalq müqavilə ilə əlaqədardır.

15 aprel bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda müxtəlif tədbirlərlə qeyd olunur.

Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınmış və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini vermişdir. Azərbaycan xalqı tarixən öz mədəni özünəməxsusluğunu qoruyaraq gələcək nəsillərə ərməğan etmişdir. Ölkəmizdəki bu özünəməxsusluq həm də çoxmədəniyyətliliklə bağlıdır. Yəni tarixən müxtəlif dinə, etnik mənsubiyyətə malik xalqlar Azərbaycanda tolerant şəkildə yaşamışlar. Dünyaya örnək olan bu birgəyaşayış ölkəmizdə problemlərlə, qarşıdurmalarla deyil, mədəni zənginliklə müşayiət olunmuşdur.

Bu gün Azərbaycan malik olduğu zəngin mədəni irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin ölkəmiz dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə dünyada təbliğ olunur. UNESCO-nun müvafiq siyahılarında çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəmiz yer alır.

Baxış sayı: 102