Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 39 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır.
AZƏRTAC akademik Zərifə Əliyevanın anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.
Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.
Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabında oxuyuruq: “Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi.
Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heç bir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin. Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hiss edirdi”.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.
Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. Özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım məhz belə analardan idi.
- 15:30 Şüvəlan qəsəbə Mədəniyyət Evində Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsert keçirilib
- 14:52 Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
- 14:42 “Musiqi çələngi” adlı sinif konserti keçirilib
- 14:21 Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı təşkil olunacaq
- 11:53 Mədəniyyət Nazirliyi yanında İctimai Şura Mil-Muğan Regional Mədəniyyət İdarəsi üzrə görüş keçirib
- 11:51 43-cü İstanbul kinofestivalının qaliblərinin adları açıqlanıb
- 11:37 Görkəmli kinorejissor Əjdər İbrahimovun anadan olmasından 105 il ötür
- 11:08 Bu gün Beynəlxalq Rəqs Günüdür
- 10:54 Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 10:40 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitabxanaya yeni nağıl təqdim edilib
- 10:36 33 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:25 “Ürəklərdə əbədi yaşayan işıqlı xatirə” mövzusunda dəyirmi masa keçirilib
- 10:14 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 10:05 VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
- 09:38 “Avroviziya 2024” mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib
- 09:34 “Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib
- 09:33 Filarmoniyada "Sazımda avazımda" adlı solo konsert proqramı təşkil olunacaq
- 16:48 “İzi qalanlar” adlı anım tədbiri keçirilib
- 16:32 Qaradağ rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 16:18 “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib
- 15:23 “İki Ali Dəyəri Birləşdirən Müdrik Qadın” adlı tədbir keçirilib
- 14:08 Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər
- 14:02 Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 12:20 Mədəniyyət naziri Adil Kərimli Qubada vətəndaşları qəbul edəcək
- 11:47 Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub
- 11:41 Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 11:39 Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb
- 11:05 “Asılılığın fəsadları” adlı marifləndirici tədbir keçirilib
- 10:40 Böyük yazıçı, alim və pedaqoq
- 09:53 Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 09:41 Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib
- 09:37 Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib
- 09:34 Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
- 17:40 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 17:37 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 16:03 Yuğ teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır
- 15:00 Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub
- 12:27 Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub
- 11:37 Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür
- 10:38 Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
- 10:29 İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
- 09:49 Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 09:26 Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
- 09:25 Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
- 09:22 Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 17:01 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 16:45 Yazıçı, şair Şövkət Zərin Horovlunun yaradıcılıq gecəsi keçirilib
- 16:34 "Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda dəyirmi masa keçirilib
- 15:02 Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 14:56 Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 11:59 33 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:54 Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb
- 09:59 “Qırğız Kino Günləri”nin açılış mərasimi keçirilib
- 09:34 Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
- 09:31 İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub
- 17:20 Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər
- 16:28 Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb
- 14:29 Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq
- 12:16 Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək
- 12:10 “Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa