XƏBƏRLƏR
MƏLUMAT
“Breyn-rinq” intellektual oyunu keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/02/2024 10:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu keçirilib.

“Breyn-rinq” də 288,197,139,180, 233,166,184 nömrəli tam orta məktəblərin komandaları iştirak ediblər.

Əvvəlcə qeyd olunub ki, Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.  

Sonra münsiflər heyəti tərəfindən oyunun qayda və şərtləri izah edilib və yarışa start verilib. Yekun nəticələrə əsasən 288 nömrəli tam orta məktəb l yerə, 180 nömrəli tam orta məktəb ll yerə, lll yerə isə 197 nömrəli tam orta məktəb layiq görülüb.

Sonda Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Baxış sayı: 162