XƏBƏRLƏR
MƏLUMAT
“Böyük zəfərin başlanğıcı” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/04/2024 16:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli kitabxana filialı Aprel döyüşlərinin ildönümü ilə əlaqədar “Böyük zəfərin başlanğıcı” adlı tədbir keçirib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Ordumuzun güc və rəşadətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə böyük zəfərin başlanğıcı olan Aprel döyüşləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirib.

Sonda vətənpərvərlik mövzusunda şeirlər söylənilib.

Baxış sayı: 168