XƏBƏRLƏR
MƏLUMAT
“Böyük Qələbəmizin ilk addımları” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/01/2024 14:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və 2 nömrəli kitabxana filialı Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə birgə “Böyük Qələbəmizin ilk addımları” adlı tədbir keçiriblər.

Azərbaycan Milli Ordusu tərəfindən Qarabağ cəbhəsinin Füzuli rayonunun Horadiz qəsəbəsinin və bir sıra Arazboyu kəndlərinin erməni işğalından azad edilməsinin 30 illiyinə həsr olunmuş tədbirdə Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, ziyalılar, kitabxana əməkdaşları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət ediblər.

Sonra Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə böyük Qələbəmizin ilk addımlarının 30 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Çıxış edənlər ötən əsrin 90-cı illərində ölkəmizdəki siyasi vəziyyət, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi, onun qətiyyətli addımları haqqında məlumat veriblər. 1994-cü ilin yanvarında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsinin işğaldan azad olunduğu bildirilib.

Bədii hissədə vətənpərvər mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Baxış sayı: 232