XƏBƏRLƏR
MƏLUMAT
“Biz” tarixi-sənədli filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
20/09/2023 07:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində “Biz” tarixi-sənədli filmi nümayiş olunub.

Filmin nümayişində 52 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə şagirdlər Mərkəzin Muzey bölməsi ilə tanış olublar və film haqqında ətraflı məlumat verilib. Bildirilib ki, film Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı zəfərinə həsr olunub. 

Sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin və C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsal etdiyi “Biz” tarixi-sənədli filmi izlənilib.

Baxış sayı: 398