XƏBƏRLƏR
MƏLUMAT
“Beynəlxalq Uşaq Kitabı Günü” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/04/2024 10:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Ş.Əfəndizadə adına 13 nömrəli tam orta məktəbin  birgə təşkilatçılığı ilə “Beynəlxalq Uşaq Kitabı Günü” adlı tədbir keçirilib.

Tədbirdə kitabxananın əməkdaşları çıxışlarında Beynəlxalq Uşaq Kitabı Gününün yaranmasının tarixi haqqında danışaraq, Azərbaycan və dünya uşaq ədəbiyyatının görkəmli simaları haqqında məlumat veriblər.

Daha sonra  bildirilib ki, uşaqların tərbiyəsində kitablar xüsusi yer tutur. Kitab onları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının zəngin tarixi keçmişinə dərindən bələd olmasına imkan yaradır.

Sonda  şagirdlər arasında “Kitab oxumaq bizə nə qazandırır?” mövzusunda sual-cavab aparılıb və kitabxanaçılara kitablar hədiyyə edilib.

Baxış sayı: 151