XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/02/2024 10:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan  Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanası, 1 və 3 nömrəli kitabxana filialları 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirib.

Tədbirlər A.Məmmədov adına 38, Telman Abbasov adına 225 və 158 nömrəli tam orta məktəblərdə təşkil olunub.

Çıxış edənlər Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizə dövlət tərəfindən göstərilən qayğıdan danışıblar.

Şagirdlər ana dili haqqında şeirlər söyləyib, kompozisiya təqdim ediblər.

Tədbirlərdə həmçinin kitab sərgilərinə baxış keçirilib.

Baxış sayı: 161