XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiya təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
29/09/2023 06:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir.

Qaradağ rayon Heydər Əliyev Mərkəzinə 166 nömrəli, Yasamal rayon Heydər Əliyev Mərkəzinə isə Akademik Zərifə Əliyeva adına liseyin, 225 və 286 nömrəli tam orta məktəblərin şagirdlərinin ekskursiyası təşkil edilib.

İlk olaraq iştirakçılar Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşları gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

Ekskursiya zamanı həmçinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində  “27 Sentyabr - tarixi Zəfərin başlanğıc günü” mövzusunda mühazirə oxunub və “Şuşa, sən azadsan” adlı sənədli film nümayiş olunub.

Baxış sayı: 332