XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq Teatrı II Beynəlxalq “Keeda” Uşaq və Yeniyetmələr üçün tamaşalar festivalında uğurla çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
02/10/2019 00:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Rusiya Federasiyasının Kalmıkiya Respublikasında keçirilən II Beynəlxalq “Keeda”  Uşaq və Yeniyetmələr üçün tamaşalar festivalında uğurla iştirak edərək geri dönüb.

Əməkdar artist İntiqam Soltanın quruluşunda Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Göyçək Fatma” tamaşasında rolları aktyorlar İlhamə Əhmədova, Niyaz İlyasoğlu, Sovqat Səmədova, Könül Şahbazova, Nərminə Məhərrəmova, Niyaz Novruzov, Qurban Əhmədov, Nicat Əhmədov ifa edib.

Festivalda nümayiş olunmuş “Göyçək Fatma” tamaşası Diplomla təltif olunub və  Bakı Uşaq Teatrına Kalmıkiya Hökuməti tərəfindən təşəkkür məktubu ünvanlanıb.         

Uğurlu çıxışın nəticəsi olaraq teatr festival iştirakçısı olan bir neçə ölkə tərəfindən dəvət alıb.

Baxış sayı: 73677