XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycanın inkişaf yollarında Heydər Əliyev izi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/12/2023 16:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı “Azərbaycanın inkişaf yollarında Heydər Əliyev izi” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Sonra​ Ulu​ Öndər​ Heydər​ Əliyevin​ ​ əziz​ xatirəsi​ ehtiramla yad​ edilib.

Tədbirdə çıxışlar zamanı bildirilib ki, Ulu Öndərin əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və milli inkişafa nail olaraq sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməsi ilə Qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə aparan yolun əsası qoyulub.

Tədbirdə həmçinin “Heydər Əliyev və Azərbaycanın İnkişaf Startegiyası” adlı məruzə dinlənilib.

Bədii hissədə Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş mahnılar səsləndirilib.

Sonda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş film nümayiş olunub.

Baxış sayı: 315