XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycan gəncləri iftixarımızdır” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/02/2024 10:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 2 fevral –Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Azərbaycan gəncləri iftixarımızdır” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirə abidəsini ziyarət ediblər , sonra Mərkəzin muzey bölməsi ilə tanış olublar.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxışçılar gəncləri təbrik edərək qeyd ediblər ki, bu əlamətdar tarixi gün Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla təsis edilib. Məhz Ümummilli Liderin müdrikliyi və uzaqgörənliyi sayəsində dövlətimizin gənclər siyasətinin mükəmməl qanunvericilik bazası yaradılıb, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlar, dövlət proqramları qəbul edilib.

Sonra “Heydər Əliyev və Azərbaycan Gənclər Siyasəti” adlı mühazirə dinlənilib və 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş film nümayiş olunub.

Tədbirin bədii hissəsində Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib, rəqslər ifa olunub və məktəbin gənc rəssamlarının əl işlərindən ibarət sərgi nümayiş olunub.

Baxış sayı: 200