XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan 60-cı Venesiya Biennalesində təmsil olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
05/04/2024 17:36

Azərbaycan 60-cı Venesiya Biennalesində - Beynəlxalq İncəsənət Sərgisində təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, ölkəmiz Biennaledə “Xəzərdən çəhrayı planetə: Mən burdayam” (“From Caspian to Pink Planet: I am here”) mövzusundakı milli pavilyonla iştirak edəcək. Aprelin 18-də Azərbaycan pavilyonunun təntənəli açılış mərasimi keçiriləcək.

60-cı Venesiya Biennalesi noyabrın 24-dək davam edəcək.

Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunur və iki ildən bir keçirilib.

Azərbaycan bu beynəlxalq layihədə 2007-ci ildən iştirak edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Baxış sayı: 169