XƏBƏRLƏR
MƏLUMAT
“Ana” tamaşası növbəti dəfə səhnədə
ÜMÜMİ XƏBƏRLƏR
05/04/2024 12:38

Şuşa Dövlət Musiqili Dram Teatrı aprelin 7-də Hüseyn Cavidin “Ana” mənzum dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə yenidən teatrsevərlərin qarşısına çıxacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid “Ana” dramında Səlma ananın timsalında ümumbəşəri dəyərlərə malik qadın obrazı yaradıb. Ana evinə qəbul etdiyi qonağın oğlunun qatili olduğunu bilincə, nə qədər sarsılsa da “Qonaq Allah qonağıdır”, “Qonağa zaval yoxdur” düşüncəsi ilə dözümlülük və mətanət göstərir. Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı xarakter baxımından yaddaşlarda dərin iz buraxır.

Baxış sayı: 107