XƏBƏRLƏR
MƏLUMAT
Ağdam şəhəri günü elan edilməsi ilə əlaqədar videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
20/11/2023 12:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı 20 noyabr-Ağdam şəhəri günü ilə əlaqədar videoçarx hazırlayıb.

Videoçarxda Ağdam rayonunun coğrafi mövqeyi, tarixi, mədəniyyəti, tarixi abidələri, rayonun ermənilər tərəfindən işğal olunması, mədəniyyət və memarlığı haqqında məlumat verilib.

Həmçinin, videoçarxda 44 günlük Vətən müharibəsində  Ağdam şəhərinin 20 noyabr 2020-ci ildə azad edilməsi, Azərbaycan ordusu tərəfindən şəhərin mərkəzində Azərbaycan bayrağının ucaldılması öz əksini tapıb.

Videoçarx aşağıdakı keçiddə verilib:


Baxış sayı: 369