az
Bütün xəbərlər

Dovğa

14-09-2017, 15:02
Dovğa


Ərzaqlar :

1st gecədən islağa qoyulmuş quru noxud
2 dəstə keşniş
2 dəstə şüyüd
2 dəstə ispanaq
Zövqə görə təzə sarımsaq (yalnız yarpaqları)
Zövqə görə nanə(təzə)
2 dəstə cəfəri

2 dəstə turşəng
2 dəstə dağ keşnişi
3 l qatıq
1l su (qatıq qatıdırsa daha çox su əlavə etmək olar, durudursa, daha az)
1 xörək qaşığı un
2 ədəd yumurta
yarım st yuyulmuş yumru düyü
Zövgə görə duz

Hazırlanması:

Qatığı qazana töküb qarışdırın, içində lopalar qalmasın. Sonra yuyulmuş düyü, yumurta, un əlavə edib yenə qarışdırın. Qazanı ocağa qoyub dayanmadan qarışdırın. Qaynara düşəndən sonra əlinizi saxlayıb əvvəlcədən yuyulmuş, xırda-xırda doğranmış göyərtini. Düyü bişəndən sonra göyərtini əlavə edib daha 5 dəqiqə qaynadın. Dovğanı süfrəyə isti-isti, yaxud soyuq, dərin boşqabda, kasada, yaxud stəkanda verə bilərsiniz.
Qeyd: Dovğanı müxtəlif üsullarla bişirirlər. Məsələn, qatıq turşdursa, ona bir hissə süd, yaxud xama əlavə etmək olar. Yaxud ətli dovğa üçün 100 q qiymə, soğan, duz, istiotu qarışdırıb xırda küftələr tutur və ayrıca qazanda qaynadır, sonra dovğaya əlavə edirlər. Eynilə ayrıca qazanda noxud qaynadıb dovğaya əlavə etmək olar. Bəzən dovğaya toyuq bulyonu da tökülür. Düyünü ayrıca qazanda qaynadıb həlimi ilə birlikdə də dovğaya əlavə etmək olar.
Nuş olsun!

baku-art.az

Dovğa

Dovğa

Dovğa
Oxunma sayı : 786