XƏBƏRLƏR
MƏLUMAT
“Tariximizin mədəni yaddaşı” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/04/2024 16:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Tariximizin mədəni yaddaşı” adlı tədbir keçirilib.

Tədbirdə ilk olaraq “Mənəvi dəyərlərimizin qorunmasında tarixi abidələrin rolu” adlı mühazirə dinlənilib.

Sonra çıxış edənlər ölkəmizdəki tarix-memarlıq abidələrinin xalqımızın zəngin tarixi keçmişinin, mədəni inkişafının və memarlıq ənənələrinin sübutu olduğunu, ölkə başçısının böyük diqqət və qayğısı sayəsində Azərbaycanda tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görüldüyünü qeyd ediblər.

Sonda “Qədim Azərbaycan abidələri” adlı sənədli film nümayiş olunub.

Həmçinin,  Mərkəzdə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Açıq qapı” günü təşkil edilib. “Açıq qapı” günündə 52 və 53 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Şagirdlər Mərkəzin “Muzey”, “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar.

Baxış sayı: 122