XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış teatr və kino aktyoru, rejissor, Əməkdar artist Loğman Kərimov
ÜMÜMİ XƏBƏRLƏR
11/01/2022 01:40

Loğman Kərimov 11 yanvar 1959-cu ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışan L.Kərimov 30-a yaxın maraqlı surətlər yaradıb. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" bədii filmində yaratdığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndirilib. Loğman Kərimov 1998-ci ildən doğma teatrda rejissor kimi fəaliyyətə başlamış və bu müddət ərzində Elçinin "Mahmud və Məryəm" (bu tamaşa 1999-cu ilin ən uğurlu tamaşası elan edilib), "Ölüm hökmü", S.S.Axundovun "Qaraca qız", Ə.Dəmirçizadənin "Dədəm Qorqud", A.Babayevin "Olmuş əhvalat", M.Marinyenin "Lotoreya" əsərlərinə uğurlu səhnə həlli verib. L.Kərimov teatrın rus bölməsində "Əlibaba və 40 quldur", "Al çiçək", "Göyçək Fatma" tamaşalarını hazırlayıb. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru vəzifəsində çalışır.

L.Kərimov 2006-cı ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülüb.

Baxış sayı: 271