XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon MKS-nin Mərkəzi Kitabxanasında “Müasir Azərbaycan qurucusu” adlı sərgi və dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 16:14

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon MKS-nin Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin 96-cı il dönümünə həsr olunmuş “Müasir Azərbaycan qurucusu” adlı sərgi və dəyirmi masa keçirilib.

Kitab sərgisində ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş müxtəlif yazıçıların yazdıqları kitablar nümayiş olunub.

Tədbirdə 79 saylı tam orta məktəbin VII sinif şagirdləri və müəllim kollektivi iştirak ediblər. Dəyirmi masa ətrafında ümummilli lider Heydər Əliyevin haqqında ətraflı müzakirələr aparılıb.

Nümayiş olunan kitablar məktəblilər tərərfindən maraqla qarşılanıb.

 

Baxış sayı: 17092