XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında “QİÇS və Narkomaniyaya qarşı mübarizəyə səndə qoşul” mövzusunda maarifləndirici tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 16:28

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mərdəkan Mədəniyyət Sarayında Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə“QİÇS və Narkomaniyaya qarşı mübarizəyə səndə qoşul”  mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar və dini məsələlərlə iş şöbəsinin əməkdaşı Könül Əfəndiyeva, Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, Rayon Gənclər və İdman İdarəsinin rəisi, Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin əməkdaşı, 156 və 181 saylı tam orta məktəblərin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar və dini məsələlərlə iş şöbəsinin əməkdaşı Könül Əfəndiyeva çıxış edərək QİÇS və narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda QİÇS və narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub.

Baxış sayı: 18048