XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli şair Əli Tudənin 100 illiyi münasibətilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/04/2024 16:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası görkəmli şair Əli Tudənin 100 illiyi münasibətilə tədbir keçirib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər Azərbaycan mühacir ədəbiyyatında özünə layiqli yer tutan Əli Tudənin çətin və keşməkeşli həyat yolundan, bədii yaradıcılığında Vətən məhəbbətindən, ədibin şeirlərindən danışıblar. Tədbirdə iştirak edən Əli Tudənin oğlu Natiq Cavadzadə atasının xatirələrindən bəhs edib.

Tədbirin bədii hissəsində kitabxananın əməkdaşı və 158 nömrəli tam orta məktəbin, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri şairin şeirlərini səsləndiriblər. Beynəlxalq müsabiqələr laureatı Maya Cəbrayılova “Təbrizə getməyim gəlir” və “Şuşanın dağları” mahnılarını ifa edib.

Sonda tanınmış şairə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

https://www.youtube.com/watch?v=csxZANMEqrY

https://www.youtube.com/watch?v=al_vSC1iKHE

Baxış sayı: 171