XƏBƏRLƏR
MƏLUMAT
18 Aprel-Beynəlxalq Abidələr Gününə həsr olunan tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/04/2024 15:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində 18 Aprel-Beynəlxalq Abidələr Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə 288, 319, 106 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri həmçinin Tikinti və Quraşdırma üzrə Bakı Dövlət Peşə təhsili Mərkəzinin tələbələri iştirak ediblər.

İlk öncə “Abidələrimizi tanıyaq və qoruyaq” adlı mühazirə oxunub. Mühazirədə qeyd olunub ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

Baxış sayı: 157