az
Bütün xəbərlər

Xəzər rayon MKS-nin 3 saylı filialında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

15-03-2019, 15:16
Xəzər rayon MKS-nin 3 saylı filialında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 3 saylı filialında Azərbaycanın böyük şairi İ.Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə tədqiqatçı alim, Buzovna kəndinin axundu Hacı Soltan Əlizadə, AYB-nin Xəzər bölməsinin sədri Hacı Arif Buzovnalı, yazıçı, şairə Gülarə Munis, AYB-in üzvləri Zaur Rəxşan, Nicat Nəsri, Tahirə xanım, Saleh Səba, 125 və 234 saylı tam orta məktəblərin müəllim və şagirdləri, 4 saylı musiqi məktəbinin kollektivi iştirak ediblər.

Tədbir zamanı Nəsimi yaradıcılığı haqqında fikirlər səslənib, şairin qəzəllərinə yazılan təxmislər, qəzəllər söylənilib.

baku-art.az

Xəzər rayon MKS-nin 3 saylı filialında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
Oxunma sayı : 221