XƏBƏRLƏR
MƏLUMAT
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2023 16:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Zəfər Günü və Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və xalqımıza Zəfər sevincini yaşadan şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə qeyd olunub ki, 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib.

Sonra tədbir bədii hissə ilə davam edib.186 nömrəli tam orta məktəbin şagirdləri, Mərkəzin bədii qiraət və dram dərnəyinin üzvləri, “Cəzirə” instrumental ansamblı, "Ada" rəqs qrupu  bir-birindən maraqlı çıxışlar təqdim ediblər.

Baxış sayı: 331