XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev - Müasir Azərbaycanın əbədiyaşar lideri” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2024 15:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev –Müasir Azərbaycanın əbədiyaşar lideri” adlı tədbir keçirilib.

Tədbirdə ziyalılar, elm adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

İlk öncə qonaqlar Mərkəzin foyesində “Heydər Əliyev zəkasının işığında müasir Azərbaycan” adlı sərgi ilə tanış olublar.

Sonra Mərkəzin Muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən bəhs ediblər. Daha sonra “Dahi şəxsiyyət” adlı film nümayiş olunub.

Bədii hissədə V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri çıxış ediblər.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev dühası və qüdrətli Azərbaycan”adlı şeir müsabiqəsi və “Heydər Əliyev zəkasının işiğında müasir Azərbaycan” adlı rəsm müsabiqəsinin qalibləri həmçinin Mərkəzin fəaliyyətində yaxından iştirakı ilə seçilənməktəblərin rəhbər və müəllimləri müxtəlif nominasiyalar üzrə təltif olunublar.

Baxış sayı: 127