XƏBƏRLƏR
MƏLUMAT
Həzi Aslanovun məzarı ziyarət edilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2024 10:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin kollektivi Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbənin 79-cu ildönümü münasibəti ilə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Ziyarət zamanı Həzi Aslanovun həyat və döyüş yolu haqqında ətraflı danışılıb, bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri haqqında məlumat verilib.

Baxış sayı: 190