XƏBƏRLƏR
MƏLUMAT
Bu gün SSRİ Xalq artisti Soltan Hacıbəyovun anadan olmasının 105 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2024 09:52

Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Şuşada anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan Dövlət Akademik Filarmoniyasında çalışıb. Onun yaradıcılığında simfonik musiqi janrı əsas yer tutur. Əsərlərindən “Gülşən” baleti və “Karvan” simfonik lövhəsi daha çox şöhrət qazanıb. “Qızıl gül” musiqili komediyasının, uşaqlar üçün “İsgəndər və çoban” operasının, Xalq Çalğı Alətləri Orkestri və böyük simfonik orkestr üçün əsərlərin, mahnı və romansların, dram tamaşalarına musiqinin müəllifidir. Bəstəkar “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. tamaşalara musiqilər yazıb. O, həmçinin “Bolqar süitası” və “Çex rəqsi” əsərlərinin bəstəkarıdır.

Soltan Hacıbəyov 1974-cü ildə vəfat edib.

Baxış sayı: 136