XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Nazirliyinin rəhbərliyi Ulu öndərin məzarını ziyarət edib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2024 14:26

Mayın 10-u dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günüdür.

Ulu öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Mədəniyyət Nazirliyinin kollektivi də Heydər Əliyevin məzarını ziyarət edib.

Ölkəmizə rəhbərliyinin bütün dövrlərində mədəniyyətimizin inkişafına böyük diqqət və qayğı göstərmiş Ümummilli liderin məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Baxış sayı: 131