az
Bütün xəbərlər

Bu günün tarixi

12-02-2019, 09:34
Bu günün tarixi


1502 – Portuqal səyyah Vasko da Qama Hindistana gedən yolu tapmaq üçün dəniz səfərinə çıxıb

1818 – Çili müstəqillik əldə edib

1911 – Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov – tarzən, Azərbaycanın xalq artisti dünyaya gəlib

1915 – İdris Süleymanov – Sovet İttifaqı Qəhrəmanı dünyaya gəlib

1923 – İslam Səfərli – Azərbaycan şairi dünyaya gəlib

1931 – Səməd bəy Mehmandarov – Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli hərbi xadimi vəfat edib

1933 – Elmira Hüseynova – heykəltəraş, Azərbaycanın əməkdar rəssamı (1967) dünyaya gəlib

1940 – Bahadır Vəlibəyov – Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Baş Prokuroru, Stalin repressiyalarının qurbanı vəfat edib

1957 – Adil Azay – Azərbaycan kino rəssamı və rejissoru dünyaya gəlib

1964 – Təbriz Xəlilbəyli– Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu dünyaya gəlib

1992 – Monqolustanın Dövlət bayrağı yaradılıb

2009 – Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri araşdırmağa başlayıb

2010 – Nodar Kumaritaşvili – Gürcüstan idmançısı vəfat edib

2017 – Kübra Dadaşova, Azərbaycan aktrisası vəfat edib

baku-art.az
Oxunma sayı : 116